...

Şəkidə Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkarlanıb

Cəmiyyət Materials 22 Avqust 2013 10:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisayası Qafqaz Albaniyasinin antik dövrünə aid yeni abidələr aşkarlayıb.
Şəkidə Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkarlanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkarlayıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası Şəki rayonunun Fazil kəndi ərazisində yerləşən Yoncalı yaşayış yeri və nekropolunda - təqribən 5-6 hektar ərazidə arxeoloji qazıntılar aparıb. Qazıntılar zamanı Yoncalı nekropolunda 2 bütöv və 2 yarımçıq qəbir müəyyən edilib: "Qazıntılar nəticəsində Qafqazda olan antik dövr Albaniyasının tarixini izləmək mümkün olub. Müəyyən edilib ki, nekropolun yuxarı hissəsi tamamilə qəbiristanlıqdır. Bu qəbiristanlığın tarixi isə Xocalı-Gədəbəy mədəniyyəti dövrü ilə
oxşarlıq təşkil edir".

Qeyd edək ki, Fazil kəndinin ətrafı və Fazil kəndi də daxil olmaqla bu ərazidə 5 arxeoloji abidə mövcuddur.

Tarixi abidələr Mədəniyyət və Turizm Nazirliyində 2002-ci ildən qeydiyyatdadır və mühafizə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti