...

Sabah Bakının iki rayonunda içməli su olmayacaq

Cəmiyyət Materials 22 Avqust 2013 18:53 (UTC +04:00)
Sabah, 23 avqust 2013-cü il tarixdə gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək. Bu barədə Trend-ə cümə axşamı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Sabah Bakının iki rayonunda içməli su olmayacaq

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Sabah, 23 avqust 2013-cü il tarixdə gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək. Bu barədə Trend-ə cümə axşamı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti