...

Azərbaycanda nikaha daxil olan şəxslərin hansı tibbi müayinələrdən icbari qaydada keçəcəyi müəyyənləşdirilib

Cəmiyyət Materials 26 Avqust 2013 12:24 (UTC +04:00)
Azərbaycanda nikaha daxil olan şəxslərin hansı tibbi müayinələrdən icbari qaydada keçəcəyi müəyyənləşdirilib
Azərbaycanda nikaha daxil olan şəxslərin hansı tibbi müayinələrdən icbari qaydada keçəcəyi müəyyənləşdirilib

Azərbaycan, Bakı, 26 avqust / Trend müxbir M.Əliyev/

Azərbaycanda nikaha daxil olan şəxslərin hansı tibbi müayinələrdən icbari qaydada keçəcəyi müəyyənləşdirilib.

Millət vəkili, Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, payız sessiyasında təmsil etdiyi komitənin iş planına nikaha daxil olan şəxslərin icbari tibbi müayinələrdən keçməsi barədə məsələ qaldırılacaq.

M.Quliyev deyib ki, bu müddəa "Əhalinin sağlamlığının qorunması" haqqında qanunda öz əksini tapacaq.

Millət vəkili qeyd edib ki, icbari tibbi müayinə zamanı əsasən irsi qan xəstəlikləri - talassemiya, hemofiliya, İİV/QİÇS və Hepatit C xəstəlikləri yoxlanılmalıdır.

M.Quliyev nikaha daxil olanlardan tibbi arayışın tələb olunması zamanının çatdığını deyib: "Artıq neçə ildir ki, Azərbaycanda bu sahədə həm mətbuat, həm Səhiyyə Nazirliyi tərəfindən maarifləndirmə işi də aparılır. Artıq bu işi uğurla həyata keçirməyin vaxtı gəlib çatıb. Bu, bütün inkişaf etmiş ölkələrdə həyata keçirilir və çox uğurlu nəticələr əldə olunur".

M.Quliyev tibbi müayinəni həyata keçirən şəxslərin məsuliyyəti barədə də danışıb: "Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdırlar. Həmin şəxslər bu məlumatları açıqlayacaqları halda, qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunacaqlar".

Qeyd edək ki, hazırda yalnız şizofreniya və ruhi xəstəliyi olanların nikaha girməsi qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti