...

Səhiyyə Nazirliyi: Məktəb bufetlərində qidaların saxlanması öz həllini tapmalıdır

Cəmiyyət Materials 27 Avqust 2013 12:30 (UTC +04:00)
Məktəb bufetlərində qidaların saxlanması mütləq öz həllini tapmalı, burada onların saxlanması üçün soyuducular olmalıdır.
Səhiyyə Nazirliyi: Məktəb bufetlərində qidaların saxlanması öz həllini tapmalıdır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Məktəb bufetlərində qidaların saxlanması mütləq öz həllini tapmalı, burada onların saxlanması üçün soyuducular olmalıdır. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respubika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev "Təhsil və tərbiyə alanların sağlamlığının etibarlı qorunması və möhkəmləndirilməsində keyfiyyət amili" mövzusunda keçirilən praktiki konfransda bildirib.

Onun sözlərinə görə, Bakı bağcalarına verilən qidalara Bakı Şəhər İcra Hakimiyytinin özü tərəfindən nəzarət edilir. Ancaq məktəblərdə qidanın təşkili ilə bağlı bir qədər problemlər var.

İ.Abdullayev qeyd edib ki, Təhsil Nazirliyi məktəblərdə qidalanmanın təşkilini "Məktəbli və Tələbə İaşə" Açıq Tipli Səhmdar Cəmiyyətinə həvalə edb. Ancaq onlar da məktəblərə yalnız qida verməklə işlərini bitmiş hesab edirlər: "Bağçalarda qidalar elə bu müəssisənin özündə hazırlanırsa, məktəblərə onlar kənardan gəlir. Məktəblərə daxil oan hər bir qida həm keyfiyyətli, təhlükəsiz olmalı, həm də müəssisənin texniki vəziyyəti standartlara cavab verməlidir. Məktəblərə kənardan gələn ərzaq məhsullarının hər birinin qaiməsi olmalıdır. Ancaq araşdırmalar zamanı məlum oldu ki, məktəblərə yalnız bufet yeməkləri paylanır, burada texniki nasasızlar həddindən artıq çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti