...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib

Cəmiyyət Materials 2 Sentyabr 2013 12:35 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyİ gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, sentyabrın 2-də və 5-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Sentyabrın 3-də gecə və axşam Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti