...

Azərbaycanda yaxın 3 gündə hava qeyri-sabit keçəcək, temperatur 7 dərəcəyədək enəcək

Cəmiyyət Materials 9 Sentyabr 2013 13:19 (UTC +04:00)
Sentyabrın 10-dan Azərbaycan ərazisində havanın temperaturu 7 dərəcəyədək enəcək.
Azərbaycanda yaxın 3 gündə hava qeyri-sabit keçəcək, temperatur 7 dərəcəyədək enəcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 10-dan Azərbaycan ərazisində havanın temperaturu 7 dərəcəyədək enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, sentyabrın 10-dan 13-dək respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Sentyabrın 10-da həm Bakıda, həm də bölgələrdə şimal-qərb küləyi arabir güclü olacaq.

Temperatur 4-7 dərəcə aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti