...

Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabrın 13-ü gündüzədək davam edəcək

Cəmiyyət Materials 11 Sentyabr 2013 12:39 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabrın 13-ü gündüzədək davam edəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabrın 13-ü gündüzədək davam edəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabrın 13-ü gündüzədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 15-19, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti