...

Yeni təhsil ilinin başlanması ilə əlaqədar Bakının əsas küçə və prospektlərində tıxaclar yaranıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Sentyabr 2013 09:30 (UTC +04:00)
Yeni təhsil ilinin başlanması ilə əlaqədar Bakının əsas küçə və prospektlərində tıxaclar yaranıb.
Yeni təhsil ilinin başlanması ilə əlaqədar Bakının əsas küçə və prospektlərində tıxaclar yaranıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Yeni təhsil ilinin başlanması ilə əlaqədar Bakının əsas küçə və prospektlərində tıxaclar yaranıb. Trend-in məlumatına görə, yol polisinin müvafiq tədbirlər görməsinə baxmayaraq, Sumqayıtdan paytaxtın girişdə, Babək, Heydər Əliyev prospektlərində, metronun "İçərişəhər" stansiyasının ətrafında və digər prospekt və küçələrdə tıxaclar yaranıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Trend-ə bildiriblər ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Moskva prospektində (şəhər istiqaməti) hazırda tıxac müşahidə olunmaqdadır.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi Post Patrul Xidməti və yol polisi əməkdaşları yeni təhsil ili ilə bağlı gücləndirilmiş iş rejimində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti