...

DSMF sədri Səlim Müslümov Tovuz rayonunda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Cəmiyyət Materials 19 Sentyabr 2013 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov sentyabrın 26-da saat 10:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.

Trend-in məlumatına görə, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Şəmkir rayon şöbəsində (022) 305 - 30 - 33, Gədəbəy rayon şöbəsində (022) 326 -00- 93, Qazax rayon şöbəsində (022) 295 - 27- 96, Ağstafa rayon şöbəsində (022) 225 - 26- 12, Tovuz rayon şöbəsində (022) 315-00-40.

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Tovuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti