...

Allahşükür Paşazadə: Azərbaycan artıq borc alan dövlətdən xarici dövlətlərə borc verən dövlətə çevrilib

Cəmiyyət Materials 19 Sentyabr 2013 11:46 (UTC +04:00)
Azərbaycan artıq borc alan dövlətdən xarici dövlətlərə borc verən dövlətə çevrilib, iqtisadiyyatı sürətlə inkişaf edir. Buna Heydər Əliyevin başladığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi səbəb olub.
Allahşükür Paşazadə: Azərbaycan artıq borc alan dövlətdən xarici dövlətlərə borc verən dövlətə çevrilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan artıq borc alan dövlətdən xarici dövlətlərə borc verən dövlətə çevrilib, iqtisadiyyatı sürətlə inkişaf edir. Buna Heydər Əliyevin başladığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi səbəb olub. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin təşəbbüsü və təşkilatçılığı ilə cümə axşamı Bakıda respublikanın din xadimlərinin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı deyib.

A.Paşazadə qeyd edib ki, Azərbaycana dünyada münasibət dəyişir, dövlətimiz elə bir mövqe tutur ki, onunla hesablaşmamaq olmaz.

QMİ sədri, həmçinin İlham Əliyevin ailəsinin daima xalqın yanında olduğunu bildirib: "Çətinliyə düşən insanlar nicat tapmaq üçün Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna müraciət edirlər. Bütün bunları nəzərə alaraq mən düşünürəm ki, bizim hamımız qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevə dəstək verməliyik".

A.Paşazadə dövlətin din xadimlərinə qayğısından danışıb: "Bakıda və digər şəhərlərdə xeyli sayda məscid bərpa olunur, bu gün isə Azərbaycanda ən böyük bir məscid tikilir. Ölkədə bütün dini bayramlar yüksək səviyyədə keçirilir, heç bir dini ayini həyata keçirməyə maneə yaradılmır. Bu dövlət başçısının dinə, din xadimlərinə münasibətinin göstəricisidir. Azərbaycanda hər bir dindar fəxr edir ki, İlham Əliyev kimi Prezidenti var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti