...

Azərbaycan sinoptikləri xəbərdarlıq etdi: bəzi dağlıq ərazilərdə qar yağacaq

Cəmiyyət Materials 27 Sentyabr 2013 16:26 (UTC +04:00)
Sentyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Azərbaycan sinoptikləri xəbərdarlıq etdi: bəzi dağlıq ərazilərdə qar yağacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müddətdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 5-20 m/s olacaq, axşam küləyin sürəti 9-14 m/s-dək mülayimləşəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 30-da hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Şimal küləyinin sürəti 9-14 m/s olacaq. Günün ikinci yarısında küləyin sürəti arabir 16 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti