...

Azərbaycanda prokurorluq orqanlarında gənc əməkdaşların sayı 52 faizədək artıb

Cəmiyyət Materials 1 Oktyabr 2013 09:51 (UTC +04:00)
Prokurorluq orqanlarında gənc əməkdaşların sayı əhəmiyyətli dərəcədə artaraq 52 faiz təşkil edir.
Azərbaycanda prokurorluq orqanlarında gənc əməkdaşların sayı 52 faizədək artıb

Azərbaycan, Bakı, 1 oktyabr / Trend, müxbir İ.İzzət/

Prokurorluq orqanlarında gənc əməkdaşların sayı əhəmiyyətli dərəcədə artaraq 52 faiz təşkil edir. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Z.Qaralov bildirib ki, prokurorluq orqanlarına 2002-ci ildən başlayaraq işə qəbulun müsabiqə yolu ilə şəffaf prosedurlar əsasında aparılması nəticəsində yüzlərlə gənc hüquqşünasın prokurorluq orqanlarında məsul vəzifələrə təyin olunması dövlətin həyata keçirdiyi gənclər siyasətinin real nəticəsi olmuşdur: "Bu dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, çoxsaylı hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 7, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 5 müsabiqə keçirilib".

Baş prokuror deyib ki, həmin müsabiqələrdə prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd vermiş ümumilikdə 3592 nəfər namizəddən uğur qazanmış 553 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilib: "Prokurorluq orqanlarında qulluq edən 30 yaşınadək işçilərin sayı islahatlara qədər olan dövrdə prokurorluq əməkdaşlarının cəmi 3 faizinə bərabər idisə, müsabiqə yolu ilə qulluğa qəbula başlandıqdan sonra gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq 52 faiz təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti