...

BMT-nin Baş katibi Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü münasibətilə müraciət yayıb

Cəmiyyət Materials 17 Oktyabr 2013 11:50 (UTC +04:00)
Yoxsulluğun aradan qaldırılması probleminin həmişəlik həll yolu dünyanın dayanıqlı inkişaf yoluna yönləndilməsidir
BMT-nin Baş katibi Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü münasibətilə müraciət yayıb

Azərbaycan, Bakı, 17 oktyabr / Trend, müxbir S.Əhmədova /

Yoxsulluğun aradan qaldırılması probleminin həmişəlik həll yolu dünyanın dayanıqlı inkişaf yoluna yönləndilməsidir. Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinə istinadən verdiyi məlumata görə, bunu BMT Baş katibi Pan Gi Mun Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü münasibətilə yaydığı müraciətində bildirib.

"Builki Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü beynəlxalq ictimaiyyətin iki qarşılıqlı əlaqədə olan məsələnin həllinə yönəlmiş səyləri əsnasında qeyd edilir: bu məsələlər Minilliyin Bəyannaməsində formalaşdırılmış inkişaf sahəsindəki məqsədlərə nail olması yolunda fəaliyyətin canlandırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olduqdan sonra növbəti məqsədlərimizin müəyyən edilməsi yolunda səylərimizin müəyyənləşdirilməsidir."

Baş katibin sözlərinə görə, 2015-ci ildən sonrakı bu inkişaf çərçivəsində yoxsulluğun aradan qaldırılmasına böyük üstünlük verilməli və dayanıqlı inkişaf onun əsasında olmalıdır:

"Qarşıda görüləsi işlərimiz çoxdur. Yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə az olmasına baxmayaraq, bu sahədə irəliləyiş qeyri-bərabər olmuşdur. Yoxsulluğun yarıya qədər azaldılmasında etdiyimiz bu böyük nailiyyət bizi dünyada 1,2 milyarddan çox insanın hələ də ifrat yoxsulluqda yaşamasına biganə qoymamalıdır. Çox insanlar, xüsusilə qız uşaqları və qadınlar, müvafiq səhiyyə qayğısı və sanitariya, keyfiyyətli təhsil və əlverişli ev şəraiti imkanlarından hələ də məhrumdurlar. Çox gənc insanlar bazar tələbatına cavab verən iş və bacarıqlara malik deyillər. Bir çox zəngin və yoxsul ölkələrdə artan bərabərsizlik iqtisadi, sosial və siyasi sahələrdən təcridə gətirib çıxarmış və iqlim dəyişikliyi və biomüxtəlifliyin pozulmasının daha çox ən yoxsul təbəqəyə zərbə vurması hamıya bəllidir."

Pan Gi Munun sözlərinə görə, bütün bunlar güclü və cavabdeh idarəçiliyin mövcudluğunu labüd edir.

BMT Baş katibi bildirib: "Biz xüsusilə yerli əhali, qoca və əlilliyi olan şəxslər, işsiz, miqrantlar və azlıqlar olmaqla yoxsul əhalini dinləməli və onların maraqlarını nəzərə almaqla fəaliyyət göstərməliyik. Biz onların yoxsulluqdan qurtulmaq və özləri, eləcə də, ailələri üçün daha yaxşı həyat qurmaq uğrunda mübarizəsini dəstəkləməliyik".

Pan Gi Mun vurğulayıb: "Əgər hamı üçün bizim istədiyimiz gələcəyi gerçəkləşdiririksə, təcrid olunmuş əhalinin istəklərini duymalı və müvafiq ölçü götürməliyik. Ötən il, Birləşmiş Millətlər Təşkilatı insanların istədiyi dünya üzrə məhz bənzərsiz qlobal məsləhətləşmələrin təşkil edilməsi ilə məşğul olmuşdur. Hər yerdə yoxsulluğa son qoymaq istiqamətində kursu müəyyən etdiyimiz üçün bu dialoq davam etdirilməli və yoxsul əhalinin aktiv və səbəbli inklyüzivliyi ilə nəticələnməlidir".

Onun sözlərinə görə, birlikdə biz hər kəsin şərəfli həyat quracağı dayanıqlı tərəqqi, sülh, ədalət və bərabərlik dünyasını yarada bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti