...

Azərbaycan və Gürcüstan arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2013 06:30 (UTC +04:00)
Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan Azərbaycan və Gürcüstan gənclərinin “Beynəlxalq festival"ı çərçivəsində 18 oktyabr tarixində hər iki ölkənin rəsmiləri arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair sənəd imzalanıb.
Azərbaycan və Gürcüstan arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair memorandum imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend

Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan Azərbaycan və Gürcüstan gənclərinin "Beynəlxalq festival"ı çərçivəsində 18 oktyabr tarixində hər iki ölkənin rəsmiləri arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair sənəd imzalanıb.

Trend-ə Gənclər və idman nazirliyində verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə İdman və Gənclər naziri Levan Kipiani imzalayıblar.

Nazir müavini İntiqam Babayev: "Bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq. Sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik. "

Memorandumdan sonra Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının rəsmilərlə görüşü keçirilib. Görüş çərçivəsində bir sıra suallar ətrafında müzakirələr aparılıb.

Memorandomun imzalanmasından öncə isə hər iki ölkənin rəsmiləri Azərbaycan və Gürcüstan idmançıları arasında keçirilən yarışları, eyni zamanda milli rəqsləri seyr edib, milli mətbəxin yüməklərindən daddılar.

Tədbir hər iki ölkənin yaradıcı gənclərinin konserti ilə sona yetib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti