...

Baki Şəhər Baş Polis İdarəsi bəzi qəzetlərin satışına qadağa qoyulmasına dair məlumatlara aydınlıq gətirdi

Cəmiyyət Materials 19 Oktyabr 2013 17:34 (UTC +04:00)
Baki Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə daxil olan məlumatda deyilir ki, idarə bu məlumatların həqiqətəuyğun olmadığını rəsmən qeyd etməklə yanaşı bildirir ki, səyyar qəzet satışı ilə əlaqədar mütəmadi olaraq şikayətlər daxil olur.
Baki Şəhər Baş Polis İdarəsi bəzi qəzetlərin satışına qadağa qoyulmasına dair məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Son zamanlar bəzi mətbuat vasitələrində paytaxt polisinin metro stansiyalararında müəyyən qəzetlərin satışına qadağı qoyması haqqında mənbəyi məlum olmayan məlumatlar verilir.

Baki Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə daxil olan məlumatda deyilir ki, idarə bu məlumatların həqiqətəuyğun olmadığını rəsmən qeyd etməklə yanaşı bildirir ki, səyyar qəzet satışı ilə əlaqədar mütəmadi olaraq şikayətlər daxil olur. Vətəndaşlar əsasən ictimai yerlərdə və nəqliyyatda, avtomobil yollarında, hətta tıxaclarda səyyar qəzet satıldından şikayət edir və bu sahədə müəyyən qayda-qanun yaradılmasını tələb edirlər. Odur ki, polis paytaxtda qanunsuz ticarətin qarşısının alınması çərçivəsində qəzetlərin də satışında müvafiq qayda-qanunun yaradılmasına nəzarət edir.
Bir daha vurğulamaq istərdik ki, polis ümumilikdə qanusuz ticarətlə mübarizə aparır, söhbət hansı qəzetin satılmasından yox, harda satılmasından gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti