...

Azərbaycan və Koreya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə razılığa gəliblər

Cəmiyyət Materials 23 Oktyabr 2013 15:40 (UTC +04:00)
Azərbaycan və Koreya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Koreya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Koreya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi barədə razılığa gəliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov və Koreyanın Azərbaycandakı səfiri Çoi Sok-İnn çərşənbə günü "Azərbaycan Respublikasının Hökuməti və Koreya Respublikasının hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" imzalayıblar.

Görüşdə R.Usubov son illər iki ölkə arasında əlaqələrin genişləndiyini, daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdırıb, DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.

Səfir görüşdə təhlükəsizliyin etibarlı təmini baxımından Azərbaycanın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün səylərini əsirgəməyəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti