...

Azərbaycanda fəal sürüşmə zonalarının yerləşdiyi ərazilər açıqlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2013 11:15 (UTC +04:00)
Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə axşamı jurnalistlərə bildirib ki, Şamaxı və Abşeron əsas fəal sürüşmə zonalarıdır.
Azərbaycanda fəal sürüşmə zonalarının yerləşdiyi ərazilər açıqlanıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda fəal sürüşmə zonalarının yerləşdiyi ərazilər açıqlanıb.

Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə axşamı jurnalistlərə bildirib ki, Şamaxı və Abşeron əsas fəal sürüşmə zonalarıdır. Onun sözlərinə görə, Abşeron yarımadasında antropogen və texnogen fəaliyyət nəticəsində sürüşmə zonalarının sayı çoxdur və onlar mövsümlə əlaqədar aktivləşir.

H.Bağırov qeyd edib ki, hər həftə nazirlik sürüşmə zonalarında vəziyyətlə bağlı bülleten hazırlayır: "Həmin bülletendə sürüşmə zonalarındakı mövcud vəziyyət rayon icra hakimiyyəti başçılarına, Fövqəladə Hallar Nazirliyi və bu sahə ilə məşğul olan digər qurumlara təqdim olunur. Payız mövsümündə yağışlar çox yağanda sürüşmə zonalarında vəziyyət aktivləşir. Bu, təbii prosesdir. Bunların bir qismi texnogen, antropogen səbəblərlə bağlıdır. Biz hələ də axıra qədər təbiətin qanunlarını nəzərə almaqla işləməyə öyrəşməmişik. Buna görə də problemlərlə üz-üzə qalmalı olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti