Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iclasda "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
İclasda "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.