...

Dövlət Komitəsi Zaqatalada tədbir keçirib

Cəmiyyət Materials 29 Oktyabr 2013 07:56 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, Zaqatala rayonunda “Erkən nigah hallarının azaldılması məqsədi ilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi“ mövzusunda dəyirmi masa keçirilib.
Dövlət Komitəsi Zaqatalada tədbir keçirib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Trend Kanal S-ə istinadən məlumat verir ki, Zaqatala rayonunda "Erkən nigah hallarının azaldılması məqsədi ilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada rayon İcra hakimiyyəti başçısının müavini Tofiq Əhmədov, Ailə qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin əməkdaşı Pərvanə Əsgərzadə və müvafiq dövlət orqanları, səhiyyə və təhsil sahəsində uşaqlarla əlaqəli çalışan məsul şəxslər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd erkən nigah hallarının azaldılması məqsədi ilə regionlarda dövlət qurumlarının qarşılıqlı fəaliyyətini gücləndirməkdir. Dəyirmi masada "Erkən nigahların qarşısının alınmasında müvafiq orqanlarla əlaqəli iş", "Erkən nigahların təhsildən yayınmaya təsiri", "Erkən analıq" və başqa aktual mövzular və görüləcək işlər ətraflı müzakirə olunub.

Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər və vərəqələr paylanılıb.

Xəbər lenti

Xəbər lenti