Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir tərəfindən Sumqayıt şəhərində vətəndaşların qəbulu günü noyabrın 23-dən 30-na keçirilib.
Qeyd edək ki, qəbulda Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan sakinləri iştirak edə bilərlər.
Vətəndaşların qəbulu saat 9:30-da başlanacaq.