...

Hicran Hüseynova: Azərbaycanın qadın və uşaq problemləri üzrə mütəxəssisləri öz təcrübələrini bölüşməyə hazırdırlar

Cəmiyyət Materials 11 Noyabr 2013 13:02 (UTC +04:00)
"Azərbaycanda cox güclü uşaq siyasəti aparılır". Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə bildirib.
Hicran Hüseynova: Azərbaycanın qadın və uşaq problemləri üzrə mütəxəssisləri öz təcrübələrini bölüşməyə hazırdırlar

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İ.İsabalayeva, S.Əhmədova/

"Azərbaycanda cox güclü uşaq siyasəti aparılır". Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "uşaq və urbanizasiya" problemi bir sıra dünya ölkələrində olduğu kimi, gündəlikdə ən vacib problem kimi durmur. Bu problem həll olunur.

Komitə sədri qeyd edib ki, Azərbaycanda bir sıra dövlət proqramları uşaqların lazımi səviyyədə təhsil alması, asudə vaxtlarının təşkili üçün şəraitin yaradılmasına yönəldilib.

H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün kifayət qədər mütəxəssis formalaşıb. Həmin mütəxəssislər ehtiyac duyulan ölkələrdə öz təcrübələrini bölüşməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti