...

Azərbaycanda biznes jurnalistikasının inkişafı üzrə proqramın birinci mərhələsi start götürüb

Cəmiyyət Materials 11 Noyabr 2013 15:00 (UTC +04:00)
Noyabr ayının 11-də yerli kütləvi informasiya vasitələrində biznes mövzularını işıqlandıran jurnalistlərin yeni təlim proqramı start götürür.
Azərbaycanda biznes jurnalistikasının inkişafı üzrə proqramın birinci mərhələsi start götürüb

Azərbaycan, Bakı, 11 noyabr / Trend/

Noyabr ayının 11-də yerli kütləvi informasiya vasitələrində biznes mövzularını işıqlandıran jurnalistlərin yeni təlim proqramı start götürür.

Trend-in məlumatına görə, layihə Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Böyük Britaniyanın mədəni əlaqələr və təhsil üzrə aparıcı beynəlxalq təşkilatı - British Council tərəfindən artıq üçüncü ildir ki, uğurla həyata keçirilir.

Bu, seçilmiş jurnalistlərin ehtiyacları nəzərə alınmaqla, xüsusi hazırlıq proqramı çərçivəsində milli kütləvi informasiya vasitələrinin işçilərinin peşəkar bilik və bacarıqlarının möhkəmləndirilməsinə yönəldilən nadir layihədir. Proqram Avropanın ən iri media-strukturlarından biri - bütün dünyada müxtəlif kütləvi informasiya vasitələrinin yaradılmasında və dəstəklənməsində minlərlə jurnalistə imkan yaradan və dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən "Thomson Foundation"ın (Böyük Britaniya) təşkilati dəstəyi ilə həyata keçirilir.

Layihədə iştirak etmək üçün PAŞA Bank və British Council "Caspian International Broadcasting", "ANS TV", "Kəpəz TV", Trend , "MIA", "Region Plus", "Business Times" və digərləri daxil olmaqla, Azərbaycanın aparıcı KİV-ni təmsil edən 12 peşəkar jurnalisti seçib. Bu il layihəyə jurnalistlər üçün xüsusi media-kursun keçirilməsi və onlardan ikisinin Böyük Britaniyaya səfəri daxil edilib. Burada onlar məşhur qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin redaksiyalarında olacaq, təcrübə mübadiləsi edəcək və aparıcı jurnalistlərlə görüşlər keçirəcəklər.

Proqramın 1-ci mərhələsi noyabrın 15-də başa çatacaq.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti