...

Bakıda Mətbuat prospektinin bir hissəsində bağlanan yol açılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Noyabr 2013 13:41 (UTC +04:00)
Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin iki istiqamətli hərəkəti təmin edilib.
Bakıda Mətbuat prospektinin bir hissəsində bağlanan yol açılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 10:27-də yayılıb)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda Mətbuat prospektinin bir hissəsində bağlanan yol açılıb.

Trend-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Mətbuat prospektinin Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər (Yasamal parkı) olan hissəsində aparılan təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qeyd edək ki, həmin istiqamətdə yol səhərdən bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti