...

Nazirlər Kabineti AMEA-ya doktoranturaya qəbul üçün 200-dən çox plan yeri ayırıb

Cəmiyyət Materials 18 Noyabr 2013 16:02 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları üçün 2013-cü il üzrə doktorant və dissertant hazırlığı üzrə qəbul planını təsdiqləyib.
Nazirlər Kabineti AMEA-ya doktoranturaya qəbul üçün 200-dən çox plan yeri ayırıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları üçün 2013-cü il üzrə doktorant və dissertant hazırlığı üzrə qəbul planını təsdiqləyib.

AMEA-dan Trend-ə verilən məlumata görə, akademiyanın elmi müəssisə və təşkilatlarında doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılıb. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur.

Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub. Qəbul planı noyabr ayının 20-də Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və sənəd qəbulunun tarixi məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti