...

Gəncə ictimaiyyətinin üzvləri YAP-ın 21 illiyini sevinclə qeyd edirlər (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2013 11:08 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 illiyi münasibətilə Gəncə ictimaiyyətinin fəal üzvləri öz fikirlərini bildiriblər. Trend onların müsahibələrini təqdim edir.
Gəncə ictimaiyyətinin üzvləri YAP-ın 21 illiyini sevinclə qeyd edirlər (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 illiyi münasibətilə Gəncə ictimaiyyətinin üzvləri öz fikirlərini bildiriblər. Trend onların müsahibələrini təqdim edir.

Seyidəliyev Nizami Yaqub oğlu, ADAU-nun professoru

- Yeni Azərbaycan Partiyasının 21 illiyi münasibətilə Gəncə şəhərində keçirilən böyük təntənəli iclasda iştirak etdiniz və burada partiyamızın inkişafında və təşkilatlanmasındakı fəaliyyətinizə görə YAP Gəncə şəhər Təşkilatının İdarə Heyətinin qərarına əsasən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edildiniz. Bu münasibətlə Sizi bir daha təbrik edirik və uğurlar arzulayırıq. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 21 illiyi ilə bağlı nə deyə bilərdiz?

- Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 600 min nəfərdən çox üzvü olan partiyamız ötən 21 ildə çətin və şərəfli yol keçib. Mən deyərdim ki, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Bu gün YAP Gəncə şəhər Təşkilatının 30 mindən çox üzvünün olması bunu bir daha təsdiq edir. Bu həqiqətən də çox böyük bir nailiyyətdir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevə dərin minnətdarlığımı bildirirəm ki, biz yaşlı nəsli heç zaman unutmurlar.

Bu illər ərzində gördüyümüz işləri yüksək qiymətləndirirlər. Yeni Azərbaycan Partiyasının keçdiyi çətin amma şərəfli yolda mən də partiya üzvləriylə birgə addımlayaraq, bu günə gəlib çıxmağımla keçirilən tədbirdə YAP Gəncə şəhər Təşkilatının ilk üzvü kimi mən bir daha qürur hissi keçirdim.

- Bildiyimiz kimi partiyamıza gənclərin böyük axını var. Veteran YAP-çı olaraq necə düşünürsüz, bu fakt partiyamızın perspektivləri üçün nələr vəd edir?

- Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçisi 40 faizə qədərdir. Eləcə də gənclərin YAP Gəncə şəhər Təşkilatına da axını böyükdür. Əlbəttə ki, bizim gələcəyimiz yeni nəsil ilə əlaqədardır. Lakin biz yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, YAP Gəncə şəhər Təşkilatının fəaliyyəti çox təqdirəlayiqdir. YAP Gəncə şəhər Təşkilatı gəncliyin inkişafına xüsüsi diqqət yetirir, onların bilik və bacarıqlarının artırılması ilə yanaşı həmin potensialdan istifadə etmək üçün hər cür şərait yaradır. Həmçinin biz veteran partiya üzvləri ilə onların mütəmadi görüşlərini təşkil edirlər. Məhz bu səbəbdəndir ki, Azərbaycanın intellektual gəncliyi öz siyasi taleyinin partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar.

- Sonda nə deyə bilərsiniz? YAP Gəncə şəhər Təşkilatına arzularınız, təklifləriniz varmı?

- Mən sonda başda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə və o cümlədən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevə dərin minnətdarlığımı bildirirəm. Ətraflarında çoxlu gənclər olmasına, onlarla birgə çalışmalarına baxmayaraq, biz YAP Gəncə şəhər Təşkilatının veteranlarını unutmadıqları üçün təşəkkür edir, onlara uzun ömür can sağlığı arzu edirəm. Gəncə şəhərinin inkişafının daimi olacağına əminəm.

Abdullayev Məhəmməd Cəmil oğlu, 36 saylı məktəbin direktor müavini

- Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının 21 illiyi münasibətilə möhtəşəm tədbir keçirildi. Siz də 1993-cü ildən YAP Gəncə şəhər Təşkilatının veteran üzvü kimi orada iştirak etdiniz. Bu barədə və ümumiyyətlə Yeni Azərbaycan Partiyasının şərəfli keçmişi ilə bağlı nə deyə bilərsiniz?

- Mən 1993-cü il iyun ayında Yeni Azərbaycan Partiyası sıralarındayam. Bu 20 il ərzində Azərbaycanda təsəvvür edəməyəcəyimizdən də çox yüksək inkişafın şahidi olmuşam. Azərbaycanı ağır günlərindən qısa zamanda çıxarmağa nail olan ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün də davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, Respublikamızın Avropada və o cümlədən bütün dünyada tanınmasına nail olmuşdur. Bu gün ikinci böyük şəhərimiz olan Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi də bunu bir daha təsdiq edir.
Artıq bu uğurlardan sonra məsuliyyətimiz daha da artıb. Mən inanıram ki, Gəncə şəhəri bu adını layiqincə doğruldacaq və ötən gün təşkil olunmuş tədbirdə edilən müzakirələr, deyilən təkliflər və keçirilən tədbirin möhtəşəmliyi buna gücümüzün çatacağını bir daha sübut etdi.

- Sizin gənclərlə əlaqəniz daha çoxdur. Çünki Siz məktəbdə çalışırsınız. Ümumiyyətlə gənclərimizin ideoloji hazırlığını, inkişafını necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 21 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Buna isə gənclərin son illərdə əldə ətdiyi nailiyyətlər təkan verəcəkdir.

Ümumiyyətlə Azərbaycan gənci çox qabiliyyətlidir. Məsələn, Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi bunu bir daha təsdiq edir. Bu qalibiyyət tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qalibiyyətidir.

Mən müsahibəmin sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə və YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevə dərin minnətdarlığımı bildirirəm. Yeni Azərbaycan Partiyasının veteran üzvləri olaraq, bizlərin də keçirilən tədbirdə iştirak etməsi və ən əsası bu zamana qədər gördüyümüz işlərin yüksək qiymətləndirməsi həqiqətən bizə böyük ruh yüksəkliyi verdi. Sonda görülən bu işlər üçün əməyi olan hərkəsə təşəkkür edirəm.

Məmmədova Əzizə İsmayıl qızı, GDU-nun tələbəsi

- Yeni Azərbaycan Partiyasının 21 illiyi münasibətilə keçirilən tədbirdə YAP Gəncə şəhər Təşkilatının 30 mininci üzvü kimi fəxri fərman və qiymətli hədiyyəilə təltif olundunuz. İlk öncə Sizi ürəkdən təbrik edirəm və bu barədə təəssüratlarınızı öyrənmək istərdim.

- Mən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiyası fakultəsində təhsil alıram. Bir gənc kimi tarixi çox sevirəm. Azərbaycanın tarixinə isə xüsusi marağım var. Mən tarixi keçmişimizi oxuduğum zaman daha yaxşı anlayır və bir daha şahidi oluram ki, Azərbaycanımızın bu günkü inkişafında Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin uğurlu siyasəti durur. Mən bunları bilərək bu ixtisası seçdim və arzum odur ki, Azərbaycanın tarixi keçmişini və ulu öndər Heydər Əliyevin Azərbaycanımızın inkişafı naminə gördüyü işləri bütün ölkələrdə doğru istiqamətdə təbliğ edərək, Azərbaycanıma layiqli bir vətəndaş olum.

Mən böyük həvəslə YAP Gəncə şəhər Təşkilatına gələrək, üzv olmaq üçün müraciət etdi. Qısa zaman sonra mənə zəng gəldi ki, Siz Yeni Azərbaycan Partiyasının 30 mininci üzvü olmusunuz və Sizi Yeni Azərbaycan Partiyasının 21 illiyi münasibətilə Gəncə şəhərində keçirilən tədbirə dəvət edirik. İnanın həmin an sevincimin həddi-hüdudu yox idi. Böyük məmnuniyyətlə tədbirə gəldim və ilk uğuruma nail oldum. Əldə etdiyim bu uğur məni doğru istiqamətdə, doğru yolda addımlamağıma daha da böyül stimul verəcəyinə inandırdı.

- Siz bir gənc kimi fərdi inkişafınızda hansı işləri görməyi qarşınıza məqsəd qoymusunuz?

- Mən bir gənc kimi məktəbdən bu yana yaxşı qiymətlərlə oxuyaraq, bakalavr pilləsinə daxil oldum və hazırda Gəncə Dövlət Universitetində əyani şöbədə təhsilimi davam etdirirəm. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin biz gənclər üçün yaratdığı şəraitdən maksimum dərəcədə istifadə edirəm. YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin tədbirlər proqramını yaxından izləyir, dərslərimdən qalan boş vaxtlarımı bu cür ictimai işlərə sərf edərək, özümü daha da inkişaf etdirirəm. Bundan başqa dil kurslarına gedərək, dil biliyimi artırıram.

- Azərbaycan gənci kimi Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı olması ilə bağlı nə deyə bilərsiniz?

- İnanın bu xəbər məni həqiqətən çox sevindirdi. Mən Gəncənin Avropa Gənclər Paytaxtı seçildiyini eşitdiyim zaman bir gənc kimi sevincimin həddi-hüdudu yox idi. Bu nailiyyət təkcə Gəncə xalqının yox, bütün Azərbaycan xalqının ən əsası da bütün Azərbaycan gəncliyinin nailiyyətidir.

Bu gündən iş biz gənclərin üstünə düşür. Təhsilimiz, savadımız və dünyagörüşümüzlə bir gənc kimi Azərbaycan Respublikasını dünya ölkələrində layiqincə təmsil etməli, Azərbaycan gənclərinin nəyə qadir olduğunu hamıya sübut etməliyik!

- Əzizə xanım sonda bir gənc xanım kimi arzularınız və təklifləriniz varmı?

- Bir gənc kimi mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gördüyü işləri və Gənclər Siyasətini yüksək dəyərləndirirəm. Gəncə şəhərində gənclər üçün yaradılan imkanlar göz qabağındadır. Biz gənclərə isə yalnız bu imkanlardan istifadə etmək düşür. Hər bir gəncimizə bu imkanlardan əlverişli şəkildə istifadə etməyi və Azərbaycan Respublikasına layiqli bir gənc olmağı arzu edirəm.

Hüseyn Budaqov, YAP Gəncə şəhər Təşkilatı İdealoji Şöbənin rəhbəri

- Partiyanın yarandığı tarixi şəraitin şahidi kimi bu günləri necə qiymətləndirirsiz?

- Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası yarandığı qısa zaman kəsiyində cəmiyyətimizin ən aparıcı siyasi qüvvəsinə çevrilmişdir. 21 ildir ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin inkişaf etmiş ölkələr sırasına çıxması, ölkədə ictimai-siyasi sabitliyin yaranması, xalqın rifah halının durmadan artması, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin qərarlaşması sahəsində çox uğurlu fəaliyyəti iqtidar partiyası olaraq ona əsl ümumxalq məhəbbəti qazandırmışdır. Bununla yanaşı YAP Gəncə şəhər Təşkilatında partiya sıralarında olan üzvlərin sayının 123 mindən 30 minə çatması bu məhəbbəti birmənalı şəkildə təcəssüm etdirir.

- Partiyanın 21 illiyi münasibətilə nə deyə bilərsiniz?

- O vaxt Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildikdən sonra ölkədə partiya quruculuğu sürətlə inkişaf etdi. Əslində, bütün respublikada insanlar buna hazır idi. Sadəcə, bu işləri həyata keçirmək üçün təşkilatçılıq lazım idi. Partiya işinin gücləndirilməsinə növbəti mərhələ isə 1-ci qurultayda İcra Katibliyinin yaradılmasının müsbət təsiri oldu. O zamandan bu günə kimi İcra Katibliyi çox səmərəli fəaliyyət göstərməkdədir.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası və YAP Gəncə şəhər Təşkilatı öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bu günkü inkişafı da ulu öndər Heydər Əliyev ideyaları ilə bağlıdır və partiyamız bu ideyaların təbliğatçısıdır.

Ötən 21 il ərzində Yeni Azərbaycan Partiyası böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. Yeni Azərbaycan Partiyasında olduğu kimi YAP Gəncə şəhər Təşkilatının üzvləri də bütün strukturlarda təmsil olunaraq Azərbaycanın, o cümlədən Gəncə şəhərinin inkişafı prosesində fəal rol oynayırlar.

- Sonda arzularınız və təkliflərinizi bilmək istərdik?

- YAP Gəncə şəhər Təşkilatına axının güclənməsini yeni rəhbərliyin apardığı düzgün ideoloji təbliğat işlərinin nəticəsi kimi qiymətləndirmək olar. Mən arzu edirəm ki, YAP Gəncə şəhər Təşkilatındakı bu fəallıq daimi olsun. Biz böyüklərlə yanaşı gənclər də, şəhərimizdəYAP Gəncə şəhər Təşkilatı daxilində fəaliyyət göstərən Gənclər Birliyində, gənclərin fərdi inkişafında müsbət rol oynayan tədbir və iclaslarda iştirak etməklə yanaşı, öz üzərlərində daha da çox işləyərək, Azərbaycan xalqına yararlı gənclər olsunlar. Mən gəncləri ona görə xüsusi vurğuladım ki, Gəncə artıq Avropa Gənclər Paytaxtıdır. Bu adı doğrultmaqda gənclərin üzərinə daha çox iş düşür.

Rüstəmov Sabir Əsgər oğlu, 37 saylı məktəbin müəllimi

- Sabir müəllim, hazırda ölkəmizin bütün guşələrində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illik yubleyi qeyd olunur. İstərdik ki, belə bir əlamətdar tarixlə bağlı, partiyamızın ötən illər ərzində keçdiyi yol barədə fikirlərinizi bildirəsiniz.

- İlk olaraq, mən 21 illik yubiley münasibətilə partiyamızın bütün üzvlərini ürəkdən təbrik edirəm, onlara siyasi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Ümumiyyətlə 600 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası ötən 21 ildə heç də asan yol keçməyib.Lakin bu yolda çətin olsa da şərəfli tarix yaşayıb. Partiyamızın yaradıcısı, eyni zamanda çağdaş Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası öz bəhrəsini vermiş və bu strategiya nəticəsində dövlətimizin üçrəngli bayrağı dünyanın ən ali beynəlxalq qurumlarında dalğalanır. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək ölkəmizin maraqlarını müdafiə edir. Bu, Azərbaycan dövlətinin xalqı üçün apardığı məqsədyönlü siyasətin ifadəsidir. Eyni zamanda, bu, ölkəmizin inkişafının bariz nümunəsidir.

- Yeni Azərbaycan Partiyasının veteran üzvü kimi gənclərin Yeni Azərbaycan Partiyasına olan marağını necə qiymətləndirirsiz?

- Partiyamızın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir. Sevindirici haldır ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bu gün Partiya üzvlərinin 40 faizə qədərinin gənclərdən ibarət olması gələcək nailiyyətlərimizdən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti