...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı yaşıllaşdırma aksiyası keçirilib

Cəmiyyət Materials 30 Noyabr 2013 15:54 (UTC +04:00)
Noyabrın 30-da Balaxanı poliqonu ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı yaşıllaşdırma aksiyası keçirilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Noyabrın 30-da Balaxanı poliqonu ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları poliqon ərazisində müxtəlif ağac və bəzək kolları əkib, ərazidə abadlıq işləri aparıblar. Yaşıllaşdırma aksiyası çərçivəsində poliqon ərazisində ümumilikdə 700-dən çox ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, ulu öndərin 90-cı ildönümü ilə bağlı analoji tədbir bu ilin mart ayında da keçirilib.

Yaşıllaşdırma tədbirlərinin keçirilməsində əsas məqsəd Balaxanı poliqonunda ekoloji vəziyyətin sağlamlaşdırılması və ərazidə ekoloji tarazlığın bərpasıdır. Bu günə kimi Balaxanı poliqonunda keçirilmiş yaşıllaşdırma tədbirləri nəticəsində 5 minə yaxın ağac və bəzək kolları əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti