...

Çayçılar İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər

Cəmiyyət Materials 1 Dekabr 2013 10:28 (UTC +04:00)
Bu gün səhər saatlarında Çayxanalar Birliyinin üzvləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.
Çayçılar İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər saatlarında Çayxanalar Birliyinin üzvləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Trend IRNA agentliyinə istinadən məlumat verir ki, onlar çayxanalarda qəlyandan istifadəni qadağan edən qanunun təsdiqlənməsinə etiraz ediblər.

Məlumata əsasən, aksiyada İsfahan, Şərqi Azərbaycan, Fars və Tehran əyalətlərindən etirazçılar iştirak ediblər. Onlar parlamentdən çayxanalarda qəlyandan istifadəni qadağan edən qanuna yenidən baxılmasını və dəyişiklik edilməsini tələb edirlər.

Qeyd edək ki, Çayxanalar Birliyi İranda xidmət sektorunun işçilərinin hüquqlarını müdafiə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti