...

Ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Cəmiyyət Materials 12 Dekabr 2013 17:32 (UTC +04:00)
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər düzüblər.
Ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər düzüblər. Sonra dahi şəxsiyyətin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlikdə təşkil olunmuş anım mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, əsrlər boyu xalqımıza xidmət edəcək zəngin irsindən bəhs edib, dahi öndərin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını qeyd edib, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulayıb.

Bildirilib ki, dövlət başçısı cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə Prezidenti seçilməsi son illər qazanılan böyük uğurlara verilən yüksək qiymətin, xalqımızın gələcək inkişafa inamının təzahürüdür.

Nazir qeyd edib ki, dahi liderimizin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan ədliyyə işçiləri Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin daha da qüdrətlənməsi, demokratik hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması naminə daha böyük məsuliyyətlə və əzmkarlıqla çalışacaqlar.

Anım günü ilə bağlı nazirlikdə Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunub, xüsusi stend hazırlanıb, kinozalda ümummilli liderə həsr olunmuş yeni sənədli filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti