...

TQDK biologiya fənni üzrə test tapşırıqları toplusunu çap edib

Cəmiyyət Materials 13 Dekabr 2013 11:13 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının xüsusi buraxılışı olan biologiya fənni (Azərbaycan dilində) üzrə test tapşırıqları toplusunu çap edib.
TQDK biologiya fənni üzrə test tapşırıqları toplusunu çap edib

Azərbaycan, Bakı, 13 dejkabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Abituriyent" jurnalının xüsusi buraxılışı olan biologiya fənni (Azərbaycan dilində) üzrə test tapşırıqları toplusunu çap edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, topluya Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1994-2013-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda - ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Topluda test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır.

Toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Toplu nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilib.

Biologiya fənni üzrə test toplusu yaxın günlərdə rus dilində də nəşr olunacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti