Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Azərbaycanda kartofun topdansatış qiyməti təxminən 50-60 faiz artıb. Bu barədə Trend-ə kartofun satışı ilə məşğul olan ticarətçilər məlumat veriblər.
Onların sözlərinə görə, 70-80 qəpiyə olan Gədəbəy kartofunun topdan satış qiyməti hazırda 1 manat 10 qəpik olub.
Ticarətçilər bu məhsulun qiymətinin belə yüksək artımını İrandan Azərbaycana kartof ixrac olunmaması ilə izah edirlər. Buna görə bazarda kartofa olan tələbat artıb ki, bu da öz növbəsində qiymətlərə təsir edir.
Ticarətçilərin verdiyi məlumata görə, Türkiyədən də Azərbaycana kartofun ixracı əvvəlki aylarla müqayisədə azalıb.
Azərbaycanda kartofun qiymətinin artımının aəbəbləri barədə hələki rəsmi məlumat verilmir.
İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildiriblər ki, İrandan Azərbaycana kartof ixracına hər hansı qadağa yoxdur. Sadəcə olaraq İranın özündə də kartofların qiymətində artım olduğundan, Azərbaycan sahibkarları İrandan kartofun gətirilməsində maraqlı deyillər.