...

Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasına görə betonqarışdıran maşının sürücüsü tutulub

Cəmiyyət Materials 25 Dekabr 2013 12:42 (UTC +04:00)
Bakı-Quba magistralının Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində baş vermiş ağır qəzaya görə betonqarışdıran maşının sürücüsü tutulub.
Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasına görə betonqarışdıran maşının sürücüsü tutulub

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

Bakı-Quba magistralının Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində baş vermiş ağır qəzaya görə betonqarışdıran maşının sürücüsü tutulub.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayəti törətməkdə şübhəli bilinən "Azərkörpü" Tikinti Şirkətinə məxsus "Mercedes" markalı betonqarışdıran maşının sürücüsü, 1977-ci il təvəllüdlü Yunisov İlham Əmiraslan oğlu saxlanılıb.

Onun haqqında yaxın saatlarda həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 24-də Bakı-Quba yolunun 22-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə betonqarışdıran maşın toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan betonqarışdıran maşın yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və "Nissan Tiida"ya çırpılıb. Maşın "Nissan Tiida"nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti