...

Gəncədə gənc bloqerlərin sayı artır (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2014 14:45 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə bu gün Gəncədə "Gənc bloqer" təlim kursuna start verilib.
Gəncədə gənc bloqerlərin sayı artır (FOTO)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə bu gün Gəncədə "Gənc bloqer" təlim kursuna start verilib.

Təlimin açılışında YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev iştirak edib. Tədbirin rəsmi hissəsində açılış nitqi söyləyən N.Həmzəyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü il "İKT ili" elan edilib. N.Həmzəyev bu sərəncamı dövlət rəhbəri tərəfindən gənclərə göstərilən daha bir qayğının təzahürü dəyərləndirib və gənclərə yaradılan imkanlardan səmərəli, fəal istifadə etməyi tövsiyə edib. Həmçinin qeyd edib ki, ötən ilin ən böyük uğuru "Azərspace-1" telekommunikasiya peykinin orbitə buraxılması olub. Ötən il ərzində Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əhəmiyyətli addımlar atılıb və bu sahədə ölkəmizlə yanaşı, Gəncə şəhərində də şəhər rəhbərliyi tərəfindən beynəlxalq və yerli layihələr həyata keçirilib, mühüm vəzifələr uğurla yerinə yetirilib.

Azərbaycanda İKT-nin inkişafı sosial şəbəkə ətrafında yüz minlərlə gəncin birləşməsinə imkan yaradır və internet istifadəçilərinin sayı günbəgün artır. Fərəhli haldır ki, Gəncədə də gənc bloqerlər yetişir və bu sahəyə maraq böyükdür.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, YAP Gəncə şəhər təşkilatının mətbu orqanı olan "Yeni Gəncə" qəzetinin baş redaktoru Süsən Tağıyeva, Kəpəz TV-nin əməkdaşı Tural Azəroğlu çıxış edərək, müasir jurnalistikanın inkişafından, qarşıda duran mühüm vəzifələrindən bəhs ediblər.

Təlimçi, SKY Technology-nin rəhbəri Tural Sadıqlı iki gün ərzində keçirilən təlimdə iştirak edən gənclərə bloqun məzmun və mahiyyəti, bloqun yaradılmasında başlıca amillər, bloqun üstünlükləri, bloq servisləri barədə məlumat verəcək.

Qeyd edək ki, təlimdən sonra gənclərə verilən 15 gün ərzində bloqlarda baxış sayı daha çox olan gənclər qalib yerləri tutacaq. I, II və III yerləri tutan gənclər təşkilatçılar tərəfindən şəxsi preimum saytlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti