...

Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək, bəzi yerlərdə 14 dərəcə isti olacaq

Cəmiyyət Materials 14 Yanvar 2014 12:08 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək, bəzi yerlərdə 14 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava nisbətən mülayimləşəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz, 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti