...

Bakıda vətəndaşların əmlakına qənim kəsilmiş iki şəxs tutulub

Cəmiyyət Materials 20 Yanvar 2014 12:26 (UTC +04:00)
Bakıda vətəndaşların əmlakına qənim kəsilmiş iki şəxs tutulub.
Bakıda vətəndaşların əmlakına qənim kəsilmiş iki şəxs tutulub

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda vətəndaşların əmlakına qənim kəsilmiş iki şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini İbrahim Cəfərov və Kürdəmir rayon sakini Elvin Əliyev tutulublar.

Müəyyən edilib ki, onlar ötən il oktyabrın 15-nə keçən gecə Namiq Əliyevə məxsus H.Cavid prospektində yerləşən mağazadan kassa aparatı, noyabrın 1-nə keçən gecə Murad Aslanova məxsus D.Bünyadzadə küçəsində yerləşən mağazadan 100 manat, danışıq kartları, dekabrın 1-nə keçən gecə Bəhruz Bağırova məxsus Ə.Cəmil küçəsində yerləşən bərbərxanadan müxtəlif ləvazimatlar oğurlayıb və dekabrın 28-nə keçən gecə isə Südabə Məmmədovaya məxsus M.Seyidov küçəsində yerləşən aptekdən qıfılı sındırma yolu ilə oğurluğa cəhd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti