...

İranda 256 nəfərdə vəba xəstəliyinə yoluxma halı aşkar edilib

Cəmiyyət Materials 28 Yanvar 2014 12:05 (UTC +04:00)
İranda cari il ərzində (İranda il martın 21-də dəyişir) 256 nəfərdə vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir.
İranda 256 nəfərdə vəba xəstəliyinə yoluxma halı aşkar edilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda cari il ərzində (İranda il martın 21-də dəyişir) 256 nəfərdə vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir. Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə Nazirliyinin Yolxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib.

Nəbəvi qeyd edib ki, epidemiyaya yoluxan şəxslərin 83 faizi İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-leqal miqrantlardır: "Epidemiyaya yoluxan şəxslərin 74 faizdən çoxu kəndlərdə yaşayırlar. Onların 91 faizi kişilərdir".

İran KİV-nin məlumatına görə, ölkədə 45 ilə yaxındır ki, vəba xəstəliyinə yoluxma halları aşkarlanır. 2013-cü ilin sentyabr ayına olan statistikaya əsasən, ölkədə vəba epidemiyasına yoluxanların sayı 170 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti