...

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dair müzakirə keçiriləcək

Cəmiyyət Materials 10 Fevral 2014 13:33 (UTC +04:00)
Fevralın 11-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçiriləcək.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dair müzakirə keçiriləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Mehdiyev/

Fevralın 11-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında hesabat veriləcək, əldə olunmuş uğurlar, problemlər və çətinliklər müzakirə olunaq, həmçinin gələcək planlara dair fikir mübadiləsi aparılacaqdır.

Qeyd edək ki, Əlaqələndirmə Şurasının sədri gənclər və idman naziri Azad Rəhimovdur.

Əlaqələndirmə Şurası dövlət proqramının 4-cü fəslinə uyğun olaraq yaradılmış və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir. Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq təşkilatları və 19 nəfər gənclər təşkilatlarını təmsil edir. Dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti