...

Baş Prokurorluq azərbaycanlı jurnalistin "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirdi

Cəmiyyət Materials 17 Fevral 2014 17:45 (UTC +04:00)
Baş Prokurorluq Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın qalmaqallı "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirib.
Baş Prokurorluq azərbaycanlı jurnalistin "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/

Baş Prokurorluq Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın qalmaqallı "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib: "Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti