Gəncədə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib (FOTO)

Gəncədə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 22 il zaman məsafəsi ayırır. Gəncə şəhərinin bütün təhsil, səhiyyə, mədəniyyət, digər müəssisə və təşkilatlarında Xocalı faciəsi ilə bağlı anım mərasimləri keçirilir.

25 fevral 2014-cü il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə YAP Gəncə şəhər Təşkilatının Qərargahında Xocalı Soyqırımına həsr olunmuş yığıncaq keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.

Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İcra başçısı Elmar Vəliyev sözünə davam edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Azad Bayramov, Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Rauf Hacıyev, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və başqaları çıxış edərək, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəalları bəşəriyyətə qarşı yönəldilmiş amansız cinayət - Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə tariximizin qan yaddaşına bir daha nəzər salıblar.

Xocalı sakini, hazırda Goranboy royonunun qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciyində məskunlaşan Gəncə Dövlət Üniversitetinin II kurs tələbəsi Şəmsi Həsənli çıxış edərək bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla "ram etməyə" çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Bu gün xocalılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birimizin məqsədi, arzusu doğma torpaqlarımıza, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir. Yaxın vaxtlarda arzumuzun çin olacağına əminik.

O, gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə, həmrəyliyə, sosial şəbəkələrdə fəallıqlarını daha da genişləndirməyə çağırıb.

Sonda Xocalı faciələrini əks etdirən "Dolu" filmi nümayiş etdirilib.

Qeyd edək ki, Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş və ermənilərin qanlı terror aktının nəticələrindən bəhs edən sosial çarx hazırlayıb. "Xocalı 1 km" adlanan bu filmin rejissoru və montajçısı Rəhman Fürqətoğludur. Film Gənclər Birliyinin könüllülərinin təşəbbüsü ilə təşkil olunub.

Həmin gün YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası Xocalı soyqırımı ilə bağlı dəyirmi masa təşkil edib.

Öncə Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

Fevralın 25-də AzMİ Gəncə filialında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, rektor əvəzi Razim Məmmədov, Tələbə-Gənclər Təşkilatlarının sədrləri, müəllimlər və fəal gənclər iştirak ediblər.

Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə filialın tələbəsi Rəminə Əlizadə Xocalıya həsr edilmiş şeiri ilə çıxış edib. Sonra isə kiçik səhnəciklərlə Xocalı faciəsi tədbir iştirakçılarına təqdim olunub.

Tədbir çərçivəsində videoçarx nümayiş olunub və filialın tələbəsi Sübhi İlyasov ingilis dilində Xocalı faciəsi ilə bağlı çıxış edib.

Azərbaycan Texnologiya Universitetində də Xocalı qurbanlarının əziz xatirəsi yad edilib. Öncə professor, müəllim və tələbə kollektivi universitetin həyətində ərazi bütövlüyümüz uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksin önünə gül-çiçək dəstələri qoyublar. Tədbirdə universitetin rektoru, professor Akif Süleymanov, müəllimlər və tələbələr iştirak ediblər.

Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov soyqırımla bağlı çıxış edərək, Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini deyib.

Tədbirdə universitetin tələbələri Türkan Əliyeva, Kənan Quliyev, Aytəkin Allahyarova, Vüsal Hüseynli, Turanə Həsənova çıxış ediblər.

2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
"Brent" markalı neftin qiyməti düşüb
"Brent" markalı neftin qiyməti düşüb
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Loading Bars
Xəbər lenti
Bolqarıstanda Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb (FOTO)
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib (VİDEO)
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb
Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik
Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib (VİDEO)
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN
Arsenalımızda kifayət qədər zirehli texnikamız var - Müdafiə Nazirliyi
Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi - Ceyhun Bayramov
Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - RƏSMİ
Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə Ermənistanın yaydığı məlumat xülyadır - MN
Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Miqrasiya Təşkilatının onlayn tədbirində iştirak edib
Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi - Millət vəkili
Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçi kimi iştirak etdiyini bildirib
Ermənistanın Azərbaycana hücumları danışıqları mənasız edir - Deputat
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir - ŞƏRH
Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır - Səfir
Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Qondarma kriminal xunta rəhbərinin Putinə məktubu etik normalardan kənardır - Tural Gəncəliyev
Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Dövlət Komitəsində olub
Dağlıq Qarabağda referendum ermənilər üçün sonuncu arzu ola bilər - Deputat
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır
İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir - Səfir
Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır - MN
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
Ədliyyə naziri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
Dünya vəkillərinə müraciət olundu
Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb - Anar Eyvazov
İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır - Deputat
Prezidentə yazırlar: Sizə çox güvənirik və hər bir qərarınızı dəstəkləyirik
Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsində (VİDEO)
Ermənistan hökuməti alman deputatların Dağlıq Qarabağa səfərindən təbliğat məqsədləri üçün istifadə edir - Almaniya portalı
Qoşqar Təhməzli Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər (FOTO)
Ermənistanın atdığı "Elbrus" raketi hədəfə dəqiq vurmaq imkanına malik deyil - Ekspert
Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Türkiyə mümkün olan hər şeyi edir - Ərdoğan
Vaşinqtonda Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü keçirilib (FOTO)
Hitlerin nitqinin əlyazması hərracda 6 min avroya satılıb
Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndi (VİDEO)
Leonid Kuçma və Abraham Foksmandan Prezident İlham Əliyevə məktub gəlib
Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib - Litvalı jurnalist
Britaniya Lordlar Palatasının üzvü Ermənistanın Gəncəni atəşə tutmasını pisləyib
Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır - Deputat
Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı
Bu ərazilərə giriş-çıxış dayandırılır - Nazirlər Kabineti
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib
Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib
Ermənistanın mülki Azərbaycan əhalisini raket atəşinə tutmasının nəticələri ilə bağlı faktaraşdırıcı missiya bəyanat yayıb
Ermənistanın dinc Azərbaycan əhalisini hədəfə alması cinayətdir - Özbəkistan səfiri
Oktyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Biz böyük qayıdışın astanasındayıq
Sahibə Qafarova TV24 telekanalına müsahibə verib
Qarabağ və ətraf rayonlardakı məktəbdənkənar təhsil müəssisələrinin statistikası açıqlanıb
Naqif Həmzəyev: Erməni terrorundan zərər çəkən Gəncə sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə edilib
Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək - Deputat
www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub (FOTO)
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)
Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın
Anglo Asian Mining Plc – Bəyanat
25 müəssisədə koronavirusla bağlı qaydaların pozulduğu aşkarlanıb
BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir
İranda 6 134 nəfər koronavirusa yoluxub
Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqraflar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
İsrail Azərbaycana humanitar yardım göndərib (FOTO)
Ramin Quluzadə İran İslam Respublikasının səfirinə Ermənistanın təcavüzkar siyasəti barədə danışıb
"Le Figaro": Paşinyanın vəziyyəti ümidsizdir
İqtisadiyyat Nazirliyində Latviya ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)
İƏT Baş katibindən Azərbaycana dəstək
İnternetdə paylaşılan qeyri-rəsmi hərbi məlumatlar hərbçilərimizin həyatı üçün ciddi risklər yaradır - RƏY
İşğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunub
Pandemiya şəraitində sosial-iqtisadi məsələlər daim diqqət mərkəzində saxlanılır - Əli Əhmədov
Bakıda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı növbəti reyd keçirilib (FOTO)
İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub (FOTO)
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə muzdlu döyüşçülər gətirib - QHT-lərin müraciəti
15 hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb
Döyüşlər bitənə qədər hərbi məlumatları paylaşmayaq - MM Sədr müavini müraciət etdi
Belçika mediasında Azərbaycanın haqlı mövqeyindən yazılıb
Hindistanın hakim partiyasının rəhbər üzvü Azərbaycana dəstək məktubu göndərib
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək
Vətən yüklü müqəddəs mübarizədə ön cəbhədə döyüşən hərbçilərə ifadə etdiyimiz dəstək cəmiyyətimizin ümumi ruhunu nümayiş etdirir
Azərbaycanda 803 nəfər COVID-19-a yoluxub, 212 nəfər sağalıb, 8 nəfər vəfat edib
Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb
Uşaqları Qarabağa döyüşməyə buraxmayın - Erməni mayor öz xalqına müraciət etdi (VİDEO)
Hikmət Hacıyev BMT-nin Dağlıq Qarabağla bağlı son müzakirələrinə münasibət bildirib
İşğal olunmuş ərazilərin təhrif edilmiş xəritələrindən istifadənin qarşısı alınır - NK
Bakının bu hissəsində su olmayacaq
Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxt KTMT-nin köməyindən danışmaq düzgün deyil - Rusiya XİN
Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması ümumən Azərbaycanı qane edir - Əli Hüseynli
Ermənilərdən Fransa kanalına təhdid: Rəhbərliyi ölümlə hədələyirlər (FOTO)
Yoluxma artarsa, fəsadların da sayı çox olar - TƏBİB
Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub
Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər
DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir daha təsdiqləmiş oldu
Azərbaycan Ordusu döyüşdə yüksək dəqiqlikli silahlardan istifadə edir ki, sivillərə zərər vurmasın - Hərbi ekspert
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Bütün xəbərlər