...

"Excelsior Hotel Baku" Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xüsusi proqram keçirir

Cəmiyyət Materials 3 Mart 2014 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend/

8 Mart - Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunur. Beynəlxalq Qadınlar Günü münasibətilə "Excelsior Hotel Baku" hotelinin "Belveder" restoranında xüsusi əyləncəli proqram keçiriləcək.

"AtaHolding"dən Trend-ə verilən məlumata görə, qonaqlar üçün maraqlı sürprizlər nəzərdə tutulmuş proqram saat 20:00-da başlayaraq 00:00-a qədər davam edəcək. Restoranın Azərbaycan üzrə məşhur şef-aşpazı, bu gün üçün xüsusi bir menyu tərtib edib. Proqrama canlı musiqi, Azərbaycan mətbəxindən müxtəlif yeməklər (salatlar, isti və soyuq yeməklər, desert), limitsiz içkilər, çay və qəhvə daxildir.

Xüsusi proqramda bir nəfər ücün iştirak giyməti 49 AZN təşkil edir.

"Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq rezerv etmək olar.

"Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti