...

Ədliyyə orqanlarına yeni qəbul olunmuş 41 nəfər Penitensiar Xidmətdə vəzifələrə təyin olunublar

Cəmiyyət Materials 17 Mart 2014 17:41 (UTC +04:00)
Azərbaycanda 41 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunublar.
Ədliyyə orqanlarına yeni qəbul olunmuş 41 nəfər Penitensiar Xidmətdə vəzifələrə təyin olunublar

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 41 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunublar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 25 nəfəri yeni fəaliyyətə başlamış Şəki Penitensiar müəssisəsinə, 16 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə və Mühafizə Alayına təyinat alıblar.

Tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev gənc əməkdaşları ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından xidmətə qəbul olunmaları və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti