Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/
Aprelin 3-5-də Bakıda 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2014) keçiriləcək.
Sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətindən Trend-ə verilən məlumata görə, bu tədbirdə 38 ölkədən 300-ə yaxın şirkətin iştirakı gözlənilir.
Sərgidə milli və regional ekspozisiyalardan ibarət olan 24 stend nümayiş olunacaq. Həmin stendlər Fransa, İtaliya, Malayziya, Çernoqoriya, Macarıstan, İndoneziya, Gürcüstan, Mərakeş, Argentina, Türkiyə, Sloveniya, Yunanıstan, Misir, Çin, Tailand və s.tərəfindən təqdim ediləcək.
Beynəlxalq tədbirdə Azərbaycanın 22 regionundan 60-dan çox hotel iştirak edəcək.
Sərgidə "Xaricdə daşınmaz əmlak" və "Tibbi turizm" adlı yeni sektorlar da nümayiş olunacaq.
Həmin bölmələrdə Türkiyə, Almaniya, İsvecrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprdən olan şirkətlər və aparıcı klinikalar təmsil olunacaqlar.
.