...

Azərbaycanda orta məktəblərin əvvəlki illərin "2" alan məzunlarının biliyi xüsusi komissiyalar tərəfindən yoxlanılacaq

Cəmiyyət Materials 2 Aprel 2014 14:43 (UTC +04:00)
Azərbaycanda əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış şəxslərin müvafiq fənn (fənlər) üzrə biliyi xüsusi komissiyalar tərəfindən yoxlanılacaq.
Azərbaycanda orta məktəblərin əvvəlki illərin "2" alan  məzunlarının biliyi xüsusi komissiyalar tərəfindən yoxlanılacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış şəxslərin müvafiq fənn (fənlər) üzrə biliyi xüsusi komissiyalar tərəfindən yoxlanılacaq.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış və yaxud eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərin müvafiq fənn (fənlər) üzrə bilik və bacarıqları həmin təhsil müəssisələrində və ya təhsil müəssisələrinin tabe olduqları şəhər (rayon) təhsil şöbələrində yaradılan xüsusi komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir.

Əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış şəxslərin bilik və bacarıqlarının xüsusi komissiya tərəfindən yoxlanması və qiymətləndirilməsi yalnız illik qiyməti "2" olan fənn (fənlər) üzrə aparılır. Eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək istəyən şəxslərin bilik və bacarıqlarının xüsusi komissiya tərəfindən yoxlanması və qiymətləndirilməsi dövlət nümunəli təhsil sənədinə qiyməti yazılmalı olan bütün fənlər üzrə aparılır.

Əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış şəxslərin fərdi məlumatları, buraxılışdan əvvəlki tədris ilinin illik qiymətləri, buraxılış ilinin illik qiymətləri və illik qiymətləri "2" olan fənn (fənlər) üzrə komissiya qiymətləri, həmçinin, eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək istəyən şəxslərin fərdi məlumatları və müvafiq fənlər üzrə komissiya qiymətləri 01.05.2014-10.06.2014 aralığında "Şagird-məzun" sisteminə əlavə olunaraq təsdiq edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti