...

İranda gənclər arasında intiharların sayı artıb

Cəmiyyət Materials 13 Aprel 2014 10:48 (UTC +04:00)
İranda rəsmi statiskiya əsasən hər gün 11 nəfər intihar edir.
İranda gənclər arasında intiharların sayı artıb

Azərbaycan, Bakı, 13 aprel /Trend müxbir T.Cəfərov/

İranda rəsmi statistikaya əsasən hər gün 11 nəfər intihar edir. Trend-in məlumatına görə, bu barədə alef.ir xəbər portalı məlumat verir.

Məlumata əsasən, ötən ilin ilk doqquz ayında (İranda il martın 21-də dəyişir) İranda 3125 nəfər intihar edib ki, onlardan 982 nəfəri qadın və 2143 nəfəri kişidir. 2012-ci ildə bu rəqəm 2740 nəfər təşkil edib.

İntihara cəhd halları yaş həddinə görə daha çox 18-24 yaşlı gənclər arasında (28.2 faiz) müşahidə olunur. Daha sonra isə 30-39 yaş (22.2 faiz ), 25-29 yaş (17,6 faiz), 50 yaşdan yuxarı (12.9 faiz), 40-49 yaşlı (11,1 faiz) şəxslər və 18 yaşdan aşağı (7.9 faiz) gənclər gəlir.

İntihar halları ötən il ərzində daha çox Tehran, Gilan və Kirmanşah əyalətlərində və ən az isə Cənubi Xorasan, Kohgiluyə və Boyer-Əhməd və Şimali Xorasan əyalətlərində baş verib.

İran KİV-lərinin məlumatına görə, ötən 15 ilin statistikası göstərir ki, bu ölkədə 18-24 yaşlı gənclər arasında intihar faktları artıb. Məlumatda intiharların baş verməsinə səbəb kimi ailə münaqişələri, pisxoloji narahatçılıqlar, məhəbbətdə uğursuzluq, təhsildə uğursuzluq, işsizlik və s göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti