...

ADA Universiteti Giresun Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb (FOTO)

Cəmiyyət Materials 5 May 2014 12:35 (UTC +04:00)
ADA Universiteti ilə Türkiyənin Giresun Universiteti akademik və mədəni əlaqələrin yaradılması və genişləndirilməsi məqsədi ilə əməkdaşlıq memorandumu imzalayıblar.
ADA Universiteti Giresun Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Əhmədova/

ADA Universiteti ilə Türkiyənin Giresun Universiteti akademik və mədəni əlaqələrin yaradılması və genişləndirilməsi məqsədi ilə əməkdaşlıq memorandumu imzalayıblar.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, memoranduma əsasən, hər iki təhsil ocağı arasında müəllim və professor heyəti, o cümlədən tədqiqatçı və tələbə mübadiləsi, tədqiqat layihələrində qarşılıqlı iştirak, birgə elmi konfranslar, forumlar və mədəni tədbirlərin təşkili, yay proqramlarında qarşılıqlı iştirak, distant təhsil proqramlarının yaradılması, kitab və digər elmi resursların mübadiləsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Momorandum ADA Universitetinin rektoru Hafiz Paşayev və Giresun Universitetinin rektoru Aygün Attar tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti