...

BANM Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə edib (FOTO)

Cəmiyyət Materials 8 May 2014 13:15 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə etmişdir.
BANM Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə edib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə etmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, rektor Elmar Qasımovun rəhbərlik etdiyi və Tədris elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətovdan və Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayevadan ibarət nümayəndə heyətinin Texas A&M Universitetindəki görüşündə bu univeristetin prezidenti cənab Jon Şarp, Federal və Dövlət əlaqələri üzrə vitse- prezident cənab Tommi Villyams və Tədris üzrə vitse- prezident cənab Jeym Hallmark iştirak etmişlər.
Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov universitetin rəhbərlərinə Azərbaycanın müstəqillik tarixi, bu tarix ərzində ölkənin əldə etdiyi uğurlar, o cümlədən Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat vermiş Azərbaycanın regionda lider dövlət və dünyanın sürətlə inkişaf edən ölkələrinin sırasında olduğunu, dünya enerji bazarında müstəqil siyasət yürütdüyünü vurğulamış və bu mövqeni saxlamaq üçün yüksəkixtisaslı mütəxəssislərə ehtiyac olduğunu bildirmişdir. Daha sonra rektor Bakı Ali Neft Məktəbinin yaranma tarixinin, əldə etdiyi uğurlar, tədrisin ingilis dilində Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun təşkil edildiyi haqqında danışmış bu məqsədə çatmaq üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirmişdir. O, mütəxəssis hazırlığında Avropanın və Amerikanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə edilməsinin Bakı Ali Neft Məktəbinin fəaliyyətinin prioritetlərindən olduğunu vurğulamış, Şirkətin həyata keçirdiyi iri layihələr haqqında məlumatlar vermiş və Bakı Ali Neft Məktəbinin yaradılmasının təşəbbüskarı kimi Şirkətin də yükskixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsində maraqlı oduğunu qeyd etmişdir.
Rektor hər iki tərəfin əməkdaşlığının müxtəlif xarakterli təhsil layihələri üzərində qurulmasının vacibliyini vurğulamış və əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirmişdir.
Görüşün nəticəsində tərəflər əməkdaşlığın sonrakı inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmişdir.
Daha sonra universitetin Mühəndislik kollecinin icraçı dekan müavini profesor N.Anandla nümayəndə heyətinin görüşü baş tutmuş, neft-qaz mühəndisliyi ixtisası üzrə birgə magistr hazırlığı layihəsinin müxtəlif aspektləri hər tərəfli müzakirə olunmuş və təxirə salınmadan layihənin icrasına start verilməsi qərara alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti