...

DİN Bakıda 7 nömrəli xüsusi internat məktəbinin şagirdinin döyülüb-döyülməməsi məsələsinə bir daha aydınlıq gətirib

Cəmiyyət Materials 22 May 2014 12:42 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakıda 7 nömrəli xüsusi internat məktəbinin şagirdinin döyülüb-döyülməməsi məsələsinə bir daha aydınlıq gətirib.
DİN Bakıda 7 nömrəli xüsusi internat məktəbinin şagirdinin döyülüb-döyülməməsi məsələsinə bir daha aydınlıq gətirib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi Bakıda 7 nömrəli xüsusi internat məktəbinin şagirdinin döyülüb-döyülməməsi məsələsinə bir daha aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-ə bildirib ki, həmin məktəb qapalı tipli müəssisədir: "Görünür, bəzi şəxslər məsələ ətrafında süni ajiotaj, yersiz hay-küyin yaradılmasında və hadisənin yanlış formada təqdim edilməsində çox maraqlıdırlar. Videokadrlardan da görünür ki, kimlərsə uşağı verdiyi əvvəlki ifadəni dəyişməyə və onu konkret ad çəkməyə təhrik edirlər. Ən azından bu faktın özündən də bilinir ki, həmin videogörüntüdəki fikirlərə qətiyyən etibar etmək və inanmaq olmaz".

O.Mansurzadə deyib ki, həmin xüsusi internat məktəbinə kənar şəxslərin daxil olması qadağandır: "Ola bilər ki, həmin videokadrlar məsələnin bu formada bizim tərəfimizdən təkzib olunmasında maraqlı olmayan şəxslər tərəfindən yayılıb. Təəssüf ki, maraqlı şəxslər uşaqdan öz məqsədləri üçün istifadə edirlər. Görünür, kimlərsə uşağın sifətindəki qaraltının yıxılma nəticəsində yaranması ilə bağlı verdiyimiz açıqlamadan narahatlıq keçirirlər və hadisənin döyülmə olduğunu sübut etmək üçün müxtəlif vasitələrə əl atırlar".

Onun sözlərinə görə, bununla əlaqədar Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsində təhqiqat aparılıb. Təhqiqat nəticəsində toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Qeyd edək ki, Bakıda 7 nömrəli xüsusi internat məktəbinin şagirdi, 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun sifətində göyərmə izləri ilə bağlı yayılan videogörüntülərdən sonra DİN uşağın yıxıldığı barədə məlumat yaymışdı. Lakin bu məlumatdan sonra yenidən uşağın videosu yayılıb və videoda uşaq müəllim tərəfindən döyüldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti