Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/
Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr əvəzi Səyyad Salahlı Avropa Şurasının Moldovadan olan üzvü, AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının sədri, Avropa Baptistlər Federasiyasının sabiq sədri Valeriu Qiletsini qəbul edib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Səyyad Salahlı Azərbaycanda mövcud olan dini tolerantlığın yüksək səviyyəsi və dini dözümlülüyün təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə qonağı məlumatlandırıb.
Qonaq bu istiqamətdə görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb, həmçinin Azərbaycanda xristian-baptist icmasının vəziyyəti ilə maraqlanıb.
Dövlət Komitəsinin rəsmisi bu barədə qonağa ətraflı məlumat verib.