...

RGEM: Azərbaycanda alkoqolsuz içkilərlə bağlı bəzi narahatedici faktlar var

Cəmiyyət Materials 30 May 2014 12:35 (UTC +04:00)
Hazırda Azərbaycanda satışda olan dondurmaların gigiyenik tələblərə cavab verməsi baxımından problem olmasa da, alkoqolsuz içkilərlə bağlı bəzi narahatedici faktlar var.
RGEM: Azərbaycanda alkoqolsuz içkilərlə bağlı bəzi narahatedici faktlar var

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda satışda olan dondurmaların gigiyenik tələblərə cavab verməsi baxımından problem olmasa da, alkoqolsuz içkilərlə bağlı bəzi narahatedici faktlar var. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Mərkəz rəsmisi əlavə edib ki, ölkədə öz istehsallarını çox yüksək tələblər əsasında quran müəssisələr var. Ancaq alkoqolsuz içki istehsal edən bəzi müəssisələr hələ də köhnə, əl əməyi tələb edən üsuldan istehsal edirlər.

İ.Abdullayev bildirib ki, daxil olunmuş şikayət əsasında bu yaxınlarda Mingəcevirdə alkoqolsuz içki istehsal edən bir müəssisənin fəaliyyəti dayandırılıb.

Dondurma müəssisələrinin gigiyena qaydalarına riayət etməsini vacib sayan RGEM səlahiyyətlisinin sözlərinə görə, həmin müəssisələr fəaliyyət göstərmək üçün gigiyena orqanlarından da razılıq almalıdırlar. Hazırda 20-dən çox müəssisə gigiyena orqanlarından icazə almaqla dondurma istehsalı sahəsində fəaliyyət göstərir: "Həmin müəssisələr artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Onların əksəriyyəti iri müəssisədir. Böyük müəssisələrdə dondurma istehsalı avtomatlaşdırılmış üsulla aparılır".

İ.Abdullayayev qeyd edib ki, Azərbaycanda yerli istehsalla yanaşı, xaricdən istehsal edilən dodurmalar da satılır. Xaricdən gətirilən dondurmalarla Azərbaycanda istehsal olunanların keyfiyyəti arasında fərq yoxdur. Bu dondurmalar arasındakı fərq yalnız onların tərkibi ilə bağlıdır. Bütün dondurmalar isə 10 ay ərzində mənfi 16 dərəcə temperaturda saxlanıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti