...

Kəmaləddin Heydərov Lerik şəhərində vətəndaşları qəbul etmişdir

Cəmiyyət Materials 30 May 2014 18:20 (UTC +04:00)
Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lerik şəhərində, Lerik şəhər Mədəniyyət evinin binasında vətəndaşları qəbul edib.
Kəmaləddin Heydərov Lerik şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan, Bakı, 30 may /Trend/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lerik şəhərində, Lerik şəhər Mədəniyyət evinin binasında vətəndaşları qəbul edib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər qəbul olunub.

Fövqəladə hallar naziri tərəfindən 27 vətəndaşın müraciəti yerindəcə öz həllini tapıb.

Bundan başqa, kadr məsələləri ilə bağlı 197, digər məsələlərlə bağlı isə müraciət etmiş 133 vətəndaş nazir müavinləri, nazirliyin baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti