...

DİN: "Yəhova şahidləri" təriqətinin təbliğ edildiyi evə baxış zamanı 22 nəfər saxlanılıb

Cəmiyyət Materials 9 İyun 2014 15:54 (UTC +04:00)
Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə “Yəhova şahidləri” dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.
DİN: "Yəhova şahidləri" təriqətinin təbliğ edildiyi evə baxış zamanı 22 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə "Yəhova şahidləri" dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən məlumat verir ki, evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb.

Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev ŞPŞ-yə gətirilib, izahatları alındıqan sonra buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti